Presedenttv.com xəbər verir ki, iradəsi zəif olan insanlar falçılara üz tuturlar. Adlarını ekstrasens qoyan bu falçılar da belələrinin əlacsızlıqdan sui-istifadə edərək, min yalan-dolanlarla onları aldadır. Belə dolandırıcılar olduqca çoxdur.
Onlardan biri də özünü ekstrasens kimi tanıtdıran Etibar Nəsibovdur. O, da həmkarlarından geri qalmayaraq sadəlövh insanları gah şamlarla, gah dualar ilə, gah da yalanları ilə dolandırır. Bu sadə insanlar da onların qurbanına çevrilirlər. Bizə müraciət edib falçı Etibar ilə bağlı şikayət edənlərin sayı olduqca çoxdur.
Görəsən belə işbazlara qeyri peşə fəaliyyəti ilə məşğul olmağa kimlər icazə verir? Presedenttv.com tezliklə bu məsələni aidiyyatı orqanlarla birlikdə araşdırmağa çalışacaq.
Ardı var...