M. Rütte Türkiyəni “NATO hərbi-siyasi blokunun ümumi təhlükəsizlik arxitekturasına əvəzsiz töhfə verən güclü müttəfiq” adlandırıb.
O, növbəti NATO sammitinin 2026-cı il iyulun 7-8-də Ankaradakı Prezident Kompleksində keçiriləcəyini açıqlayıb. “Liderlər Alyansı möhkəmləndirmək, onu daha güclü, ədalətli və effektiv platformaya çevirmək üçün səyləri davam etdirmək imkanı əldə edəcəklər”, - deyə Baş katib diqqətə çatdırıb.
O, həmçinin əmin olduğunu bildirib ki, müttəfiqlərin səyləri təhlükəsizlik sahəsində ciddi çağırışlara cavab vermək üçün daha hazırlıqlı olmağa imkan verəcək.