“Reuters” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, ABŞ rəsmiləri avropalı diplomatlara bildiriblər ki, Avropa 2027-ci ilədək NATO-nun müdafiə öhdəliklərinin bir hissəsini öz üzərinə götürməsə, Birləşmiş Ştatlar alyansın bəzi müdafiə koordinasiya mexanizmlərində iştirakını dayandıra bilər. Bununla belə, bəzi Avropa rəsmiləri bu müddəti real hesab etmir.