Bunu Almaniya Kansleri Fridrix Merts Davos Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.
Avropanın və Almaniyanın bu çağırışlara cavab verəcəyini vurğulayan Kansler bildirib: “Avropa bu mesajı anlayıb. Almaniya da eyni mesajı alıb. Biz bu çağırışlara cavab verməliyik və cavab verəcəyik. Mənim rəhbərlik etdiyim hökumət üzərinə düşən işi layiqincə yerinə yetirəcək, təhlükəsizlik, rəqabətqabiliyyətlilik və Avropanın birliyi ilə bağlı formalaşan iddialı islahat gündəliyini həyata keçirəcək”.