Almaniya Kansleri Fridrix Merts Avropa ölkələrinin dövlət və hökumət başçılarının Hörmüz boğazındakı vəziyyətlə əlaqədar Parisdə keçirilən görüşündən sonra açıqlamasında deyib.
Almaniyanın Hörmüz boğazının mühafizəsi üçün hərbi əməliyyata qoşulmağa hazır olduğunu qeyd edən Kansler bu baxımdan minaların təmizlənməsi və dəniz kəşfiyyatını nümunə gətirib. O, hərbi əməliyyatda iştirak üçün əsas şərtin İranla hərbi əməliyyatların dayandırılması olduğunu bildirib. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının qətnaməsi kimi möhkəm hüquqi bazanın, həmçinin Almaniya hökumətinin və Bundestaqın təsdiqinin tələb olunduğunu vurğulayıb.