
bp-nin Apstrim üzrə icraçı vitse-prezidenti Qordon Birrel Azərbaycanda ikigünlük planlaşdırılmış işgüzar səfərdədir.
Presedenttv.com AZƏRTAC-a istinadən xəbər verir ki, Birrelin Bakıya əvvəlki müntəzəm səfərlərində olduğu kimi bu dəfə də onun proqramına şirkətin regiondakı biznesinin gedişi ilə tanış olmaq, həmçinin biznes prioritetlərini və perspektivlərini müzakirə etmək daxildir.
Səfər proqramı çərçivəsində Birrel bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəflə görüşüb. Bu görüşlərdə bp-nin Azərbaycanda icraçısı olduğu enerji layihələrinin inkişafı, həmçinin şirkətin dünya üzrə və regiondakı biznesinin prioritetləri və gedişi müzakirə olunub.
Səfər çərçivəsində Birrel, həmçinin İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna qatılıb.