• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Aydın Talıbzadə: Üzeyir Hacıbəyli Azərbaycan teatr mədəniyyətinin üç mühüm qütbünü müəyyənləşdirib

Mədəniyyət

Bugün, 18:55


Üzeyir Hacıbəylinin əsərlərinin bu gün də tamaşaçıya yaxın olmasının səbəblərindən biri onların milli yaddaş və mədəniyyətlə bağlılığıdır. Bu əsərlərdə xalq özünü tanıyır, görür və eşidir.

Presedenttv.com xəbər verir ki, bunu Əməkdar incəsənət xadimi, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının müdiri, yazıçı və teatr tənqidçisi Aydın Talıbzadə deyib.

Onun sözlərinə görə, Üzeyir Hacıbəyli Azərbaycan teatr mədəniyyətinin üç mühüm və möhtəşəm qütbünü müəyyənləşdirən sənət adamıdır. Bu qütblərdən biri “Leyli və Məcnun” muğam operası, digəri “O olmasın, bu olsun” musiqili komediyası, üçüncüsü isə “Koroğlu” operasıdır.

Teatrşünas Üzeyir Hacıbəylinin yaradıcılıq miqyasından danışarkən onu hind musiqisinin, ədəbiyyatının və teatrının görkəmli nümayəndəsi Rabindranat Taqorla müqayisə edib:”Şair, yazıçı, dramaturq və bəstəkar kimi tanınan Rabindranat Taqor 1913-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Dünya miqyasında Üzeyir Hacıbəyli fəaliyyət miqyasına görə yalnız hind musiqisinin, ədəbiyyatının, teatrının dühası Rabindranat Taqorla müqayisəyə gəlir. Hər iki şəxsiyyət Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynayıblar, öz milli mədəniyyətlərinə bəşər miqyasında pasport düzəldiblər”.

Aydın Talıbzadənin sözlərinə görə, Üzeyir bəyin yaradıcılığını bu qədər uzunömürlü edən əsas amil onun musiqisinin, pyeslərinin xalqın genetik yaddaşı, milli mədəniyyətin kodları ilə birbaşa əlaqədə olmasıdır. “Digər amil isə budur ki, Üzeyir Hacıbəylinin yaradıcılığında rəsmi mədəniyyətlə qeyri-rəsmi mədəniyyət ustacasına bir-birinə düyünlənir. Üzeyir bəy həmişə öz xalqı ilə eyni bir dalğada yaşayıb, həmişə xalqın yanında olub, onunla bir nəfəs alıb, daim xalqı, Azərbaycanı haqqında düşünüb”, - deyə professor qeyd edib.

Aydın Talıbzadə hesab edir ki, müasir tamaşaçı ilə Hacıbəylinin əsərləri arasında xüsusi “körpü” qurmağa ehtiyac yoxdur. Bu əsərlər Azərbaycan xalqının keçmişini əks etdirən, həmin dövrün koloritini, yumorunu və həyat tərzini yaşadan bir güzgüdür: “Azərbaycanlılar musiqinin cazibəsini bildirmək istəyəndə deyirlər ki, musiqi adamın sümüyünə düşür. Üzeyir bəyin musiqisi də, əsərləri də dinləyicinin, seyrçinin “sümüyünə düşən” musiqilərdir, əsərlərdir. Hacıbəylinin əsərləri Azərbaycan xalqının həm koloritli, coşduran, riqqətə gətirən, həm də “dadlı”, məzəli və əyləncəli keçmişinin güzgüsüdür”.

Teatr tənqidçisi Üzeyir Hacıbəylinin Azərbaycan bəstəkarlıq məktəbinin formalaşmasındakı roluna da toxunub. O, bəstəkarı ustad, mürşid və məktəb kimi səciyyələndirib, onun Azərbaycan bəstəkarları üçün musiqi dünyasına açılan bir qapı olduğunu vurğulayıb:“Üzeyir bəy məktəbindən keçməmiş bəstəkar Azərbaycan xalqının, Azərbaycanın musiqi obrazını yarada bilməz”.

Aydın Talıbzadənin fikrincə, Üzeyir Hacıbəyli irsinə yanaşmada səmimiyyət əsas şərtlərdən biridir. Bu irs dinləyicini və seyrçini Azərbaycanın keçmişinə aparmaq imkanına malikdir. “Ona görə də Üzeyir Hacıbəyli irsinə hər zaman sevgi ilə, ürəkdən, səmimi yanaşmaq lazımdır ki, bu irs dinləyicini, seyrçini özü ilə götürüb Azərbaycanın keçmişinə əyləncəli səyahətə aparsın”, - deyə professor vurğulayıb.

Paylaş:
Digər xəbərlər

---

18-09-2025, 22:37

Professor Azadgül Taşmatova: Üzeyir Hacıbəylinin zəngin irsi Özbəkistanda çox böyük rol oynayır

Gündəm

11-05-2025, 19:04

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak etdilər.

Mədəniyyət

18-09-2026, 05:00

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

---

18-09-2025, 22:24

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası yeni quruluşda nümayiş olunub

Mədəniyyət

7-09-2026, 23:56

Teatrşünas: Azərbaycan–Qırğızıstan teatr əlaqələrinin əsas xüsusiyyətlərindən biri ortaq türk-mədəni irsinə müraciətdirR.Abdullazadə

Araşdırma
ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
Hadisə
21-09-2026, 09:20
“Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb
19-09-2026, 15:20
Həkəri çayında iyulda batmış şəxsin meyiti tapıldı
18-09-2026, 12:00
Sıla Türkoğlunun həmin serialla bağlı məhkəmə işində qərar
17-09-2026, 18:00
“Kurtlar Vadisi” olayı: HƏBSLƏR BAŞLADI
13-09-2026, 10:30
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
8-09-2026, 23:11
Bakıda restorana məxsus transformator yanır
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • Bugün, 19:00
    Professor: Nizami yaradıcılığı Azərbaycan ədəbi-fəlsəfi fikrinin mühüm mərhələsidir
  • Bugün, 18:55
    Aydın Talıbzadə: Üzeyir Hacıbəyli Azərbaycan teatr mədəniyyətinin üç mühüm qütbünü müəyyənləşdirib
  • Bugün, 17:50
    Qırğızıstanda prezident seçkilərinin keçiriləcəyi tarix məlum olub
  • Bugün, 17:45
    Azərbaycanın daha bir boksçusu Avropa üçüncüsü olub
  • Bugün, 17:36
    Yaponiyalı üzgüçü dünya rekordunu yeniləyib
  • Bugün, 17:20
    Avropa İttifaqı Şurası Ukraynaya təxminən 3 milyard avro vəsait ayrılmasını təsdiqləyib
  • Bugün, 17:00
    Baş nazir: Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır
  • Bugün, 17:00
    Rumıniyada elektrik enerjisinin qiyməti Avropada ən yüksək göstəricilərdən birinə çatıb
  • Bugün, 16:55
    Qazaxıstanda hərbçilərin həlak olmasının səbəblərinin araşdırılması üçün hökumət komissiyası yaradılıb
  • Bugün, 16:40
    Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
  • Bugün, 11:00
    "Zeynəb Xanlarova İtaliyada dincəlir" - Foto
  • Dün, 22:20
    "Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb
  • Dün, 22:20
    Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi
  • Dün, 19:20
    Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür
  • Dün, 18:40
    Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb
  • Dün, 11:50
    İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
  • Dün, 11:40
    ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
  • Dün, 11:24
    Daşkəsən dəmir filizi yataqlarında prioritet sahələr üzrə geoloji kəşfiyyat proqramı hazırlanacaq
  • Dün, 11:22
    AMB: Səkkiz ayda nağd xarici valyutanın alışı satışını üstələyib
  • Dün, 11:15
    BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
  • Dün, 11:10
    Fariz Əliyev: Bu il Çindən 600 blok qatarının qəbul edilməsi gözlənilir
  • Dün, 10:40
    Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib
  • Dün, 10:22
    Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
  • Dün, 08:10
    Yaponiyanın Baş naziri: Şimali Koreya ilə dialoqa hazırıq
  • Dün, 07:30
    Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib
  • Dün, 06:00
    Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib
  • 22-09-2026, 22:10
    Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib
  • 22-09-2026, 20:30
    Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar 7 məktəbdə tədris distant olacaq
  • 22-09-2026, 19:45
    BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
  • 22-09-2026, 19:40
    Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq
  • 22-09-2026, 19:36
    Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb
  • 22-09-2026, 19:30
    Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb
  • 22-09-2026, 19:20
    Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır
  • 22-09-2026, 18:00
    Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Presedenttv.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə