
Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri İtaliyanın Pezaro şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanıblar.
Presedenttv.com xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, təsnifat mərhələsində Dünya Kubokunun qızıl medalçıları olan qadın qrupu — Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva temp hərəkətləri proqramında (28.330 xal, 1-ci yer), Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü balans hərəkətləri proqramında (28.550 xal, 3-cü yer) həlledici mərhələdə yarışmaq hüququ əldə ediblər.
Seymur Cəfərov və Rəsul Seyidlidən ibarət digər kişi cütlüyü temp hərəkətlərində 26.200 xalla, qarışıq hərəkətlər proqramında isə 51.850 xalla finala yüksəliblər.