

Formula 2 Azərbaycan Qran-Prisində əsas yarış zamanı zəncirvari qəza baş verib.
Presedenttv.com xəbər verir ki, insident nəticəsində bir neçə bolid trasdan çıxıb.
Hadisədən sonra təhlükəsizlik məqsədilə qırmızı bayraq dalğalandırılıb və yarışın gedişinə fasilə verilib.
Qəza nəticəsində 7 pilot — Tsolov, Dürksen, Van Hoepen, Bennet, Villaqomes, Miyata və Şilds mübarizəni vaxtından əvvəl başa vurmalı olublar.