PresedentTv.com xəbər verir ki, Bill Qeyts sərvətinin yalnız 1%-ni övladlarına buraxmağa qərar verdiyini açıqladı. 2025-ci ilə qədər ümumi sərvəti təxminən 114 milyard dollar olan Geyts bu sərvətin 1%-ni və ya 1,14 milyard dollarını üç övladı arasında bərabər şəkildə bölüşəcək. Bu halda onların hər övladı təxminən 380 milyon dollar alacaq. Bununla belə, Qeyts sərvətinin böyük hissəsini xeyriyyəçilik üçün bağışlamağı seçib. Bu qərar Qeytsin övladlarının öz uğurlarına nail olmaq istəyinin əksi kimi diqqət çəkir. Bir tərəfdən sərvətin nə qədər böyük olduğu göz qabağındadır, digər tərəfdən də Qeytsin övladlarına maddi deyil, mənəvi dəyərləri buraxmağı seçməsi də diqqət çəkir.