• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Fotoqraf: Bəzən sadəcə doğru anı göstərmək kifayətdir ki, insanın baxışı dəyişsin

Müsahibə

20-08-2026, 00:33

Foto və videoya marağım 8 yaşımda başlayıb, 12 yaşına qədər müxtəlif çəkilişlər etmişəm. Bir müddət bu sahədən uzaqlaşsam da 26 yaşımda marağım yenidən oyandı və təbiət fotoqrafiyasına başladım. Həvəskar kimi başladığım həmin sahəni zamanla peşəkar fəaliyyətə çevirdim, Türkiyədə fotoqrafiya üzrə ustad dərsləri keçdim və bu gün də müstəqil fotoqraf kimi fəaliyyətimi davam etdirirəm. Xüsusilə vəhşi təbiət fotoqrafiyasına üstünlük verirəm. Heyvanları, quşları və təbiətdəki fərqli anları çəkərək onların gözəlliyini və öz yaşayış areallarındakı həyatını göstərməyi sevirəm.

Presedenttv.com xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində təbiət və səyahət fotoqrafı Rüstəm Məhərrəmov deyib.

Vəhşi təbiət fotoqrafiyasına marağının təbiətə və səyahətə olan sevgisindən yarandığını deyən R.Məhərrəmov fikirlərinə belə davam edib: “Atamın səyahətə və fotoqrafiyaya böyük həvəsi olub və düşünürəm ki, bu, mənə də keçib. Fərqli yerləri gəzdikcə təbiəti, oradakı canlıları müşahidə etmək və gördüklərimi foto ilə yadda saxlamaq mənim üçün getdikcə daha maraqlı oldu. Beləcə, səyahət və fotoqrafiyaya olan marağım zamanla vəhşi təbiət fotoqrafiyasına çevrildi. Məncə, vəhşi təbiət fotoqrafiyasında əsas prinsip yaxşı kadr naminə heyvanın rahatlığını və təhlükəsizlik sərhədini pozmamaqdır. Heyvanın davranışından narahat olduğunu hiss edirsənsə, deməli, artıq kifayət qədər yaxınsan. Şəxsən vəhşi heyvan, quş və ya böcəklərlə çəkiliş zamanı ciddi təhlükəli vəziyyət yaşamamışam. Ən real təhlükə isə təəccüblü olsa da, çoban itləri ilə bağlı olub. Ən uzun müddət təxminən 6 saatdan çox, demək olar ki, heç tərpənmədən gözlədiyim çəkilişlər olub. Xüsusilə heyvanların su içməyə gəldiyi ərazilərdə uzun müddət gözləmək lazım gəlir. Bayquş və ceyran çəkilişlərində də yerimdən tərpənmədən kadrı gözləmişəm. Belə çəkilişlərdə tam kamuflyaj vacibdir. Heyvan və ya quş səni hiss etməməlidir. Ətir və əlavə qoxulardan istifadə etmirəm, mümkün qədər sakit oluram və ən əsası səbirli davranıram. Vəhşi təbiət fotoqrafiyasında bəzən ən yaxşı kadrı çəkmək üçün sadəcə gözləməyi bacarmaq lazımdır”.

R.Məhərrəmov Azərbaycanın vəhşi təbiət fotoqrafiyası üçün kifayət qədər zəngin ölkə olduğunu, ən yaxşı çəkilişlər üçün daha çox Şirvan Milli Parkını seçdiyini deyib. Onun sözlərinə görə, bununla yanaşı, Şahdağ, Abşeron və Qızılağac milli parkları da çox maraqlı çəkiliş imkanları yaradır: “Lakin maraqlı kadr üçün mütləq milli parka getmək lazım deyil. Adi meşələr, su hövzələri, hətta tarlalar belə çox zəngin və gözlənilməz çəkiliş məkanları ola bilər. Hər ərazinin özünəməxsus canlıları və öz hekayəsi var”.

Onun fikrincə, fotoqrafiya vasitəsilə insanların vəhşi təbiətə münasibətini dəyişdirmək mümkün olsa da, bu elə də asan deyil. “Xüsusilə ovçuluğa marağın olduğu, insanların bir çox quş və heyvan növünü sadəcə təbiətin bir parçası kimi yox, süfrədə görmək istədiyi bir cəmiyyətdə bu münasibəti dəyişmək müəyyən qədər çətindir. Lakin fotoqrafiyanın burada öz gücü var. İnsan əvvəlcə görür, sonra maraqlanır, daha sonra isə həmin canlının necə yaşadığını və yaşadığı mühitin nə qədər dəyərli olduğunu düşünməyə başlayır. Yaxşı bir vəhşi təbiət fotosu canlıya sadəcə “ov obyekti” kimi yox, öz davranışı, gözəlliyi və təbiətdə rolu olan bir varlıq kimi baxmağa kömək edə bilər. Məncə, fotoqrafiyanın məqsədi insanlara nəyi sevməli və ya nə etməli olduqlarını demək deyil. Bəzən sadəcə doğru anı göstərmək kifayətdir ki, insanın baxışı dəyişsin. Bu dəyişiklik kiçik görünə bilər, lakin davamlı olduqda vəhşi təbiətin qorunmasına münasibətə təsir edə bilər”, - deyə o əlavə edib.

Paylaş:
Digər xəbərlər

Mədəniyyət / Maraqlı / Özəl

27-04-2025, 11:59

Yaponiyada həkimlər "meşədə çimmək" resepti verirlər

---

13-03-2025, 19:00

Argentinada nümayiş zamanı polislə toqquşma oldu

---

4-10-2025, 10:30

Türk Hava Yollarının donanması 2033-cü ilə qədər 813 təyyarəyə çatacaq

---

26-04-2026, 11:08

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidirlər

Araşdırma
ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
Hadisə
19-09-2026, 15:20
Həkəri çayında iyulda batmış şəxsin meyiti tapıldı
18-09-2026, 12:00
Sıla Türkoğlunun həmin serialla bağlı məhkəmə işində qərar
17-09-2026, 18:00
“Kurtlar Vadisi” olayı: HƏBSLƏR BAŞLADI
13-09-2026, 10:30
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
8-09-2026, 23:11
Bakıda restorana məxsus transformator yanır
5-09-2026, 19:00
Narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • Dün, 21:00
    Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
  • Dün, 19:30
    Yaponiyada yaşlı əhalinin sayı artır
  • Dün, 18:30
    İranda məhkəmə Fransa səfirliyinin dil mərkəzinin bağlanması barədə qərar çıxarıb
  • Dün, 16:00
    Leysan, şimşək, dolu, duman... - SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ
  • Dün, 15:30
    Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi təbrik etdi
  • Dün, 14:00
    Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz – Bu halda
  • Dün, 14:00
    Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
  • Dün, 13:30
    Lamin Yamal Vinisiusun rekordunu qırdı – 19 yaşında tarix yazdı
  • Dün, 13:00
    Arayikin Bakı həbsxanasındakı xahişi yerinə yetirildi
  • Dün, 13:00
    Alim Qasımov Üzeyirlə duetindən danışdı: “Kim bəyənmisrə, Allah...”
  • Dün, 13:00
    Azərbaycandan ayrılıb Afrikaya üz tutdu
  • Dün, 12:40
    Qonşu ölkədə norovirus sürətlə yayılır
  • Dün, 11:00
    Ceyhun Bayramov Nyu Yorka getdi
  • Dün, 10:30
    “Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir”
  • Dün, 10:30
    Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
  • 19-09-2026, 17:30
    Göygölə dolu düşüb - FAKTİKİ HAVA
  • 19-09-2026, 16:30
    Türkiyədə “Prezident Administrasiyasının arxivindən fotolarla. Demokratiyaya vurulan zərbə: 27 May” kitabı nəşr olunub
  • 19-09-2026, 15:20
    Həkəri çayında iyulda batmış şəxsin meyiti tapıldı
  • 19-09-2026, 15:00
    Gürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötdü
  • 19-09-2026, 14:55
    Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib
  • 19-09-2026, 14:10
    ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib
  • 19-09-2026, 13:30
    Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir
  • 19-09-2026, 12:30
    Suriyada silah anbarında partlayış baş verib, ölənlər var
  • 19-09-2026, 11:30
    “Çelsi” səfərdə məğlub oldu
  • 19-09-2026, 07:30
    Hörmüz boğazında gəmiçilik trafiki müharibədənəvvəlki səviyyədən 90 faiz aşağıdır
  • 18-09-2026, 23:45
    Ən çox gəlir gətirən aktyor oldu
  • 18-09-2026, 19:00
    "Bir zamanlar İstanbul"dan sonra bu serialda görəcəyik - Foto
  • 18-09-2026, 15:30
    Məsciddə terror aktı: 15 nəfər öldü
  • 18-09-2026, 15:10
    2027-ci ildə vergi və gömrükdə yeni mərhələ
  • 18-09-2026, 15:00
    Afradan haqqında çıxan xəbərlərə münasibət - Foto
  • 18-09-2026, 14:50
    Fransadan Avropa İttifaqı ilə bağlı təklif
  • 18-09-2026, 14:40
    Bu şəxslərin borcları ilə bağlı yeni addım atılır – Nazirlik məlumat yaydı
  • 18-09-2026, 14:30
    Abdullah Öcalanla bağlı ŞOK QƏRAR
  • 18-09-2026, 14:00
    Hindistan və Pakistan yenidən üz-üzə: 79 illik düşmənçilikdə yeni gərginlik
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Presedenttv.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə