Zaporojye regional dövlət administrasiyasının (RSA) rəhbəri İvan Fyodorov hücum nəticəsində həlak olanların və yaralıların olduğunu bildirib. O, “Telegram” kanalında yazıb: “Hava hücumu nəticəsində binalara ziyan dəyib. Ən azı üç qurbanın olduğu məlumdur”.
Regional administrasiya rəhbəri bildirib ki, Rusiya hərbi aviasiyasının hücumu nəticəsində yaralıların sayı 4-ü uşaq olmaqla 12 nəfərə çatıb. Bundan əlavə, azı 9 binaya ziyan dəyib.
“Vəziyyəti ağır və orta ağır olan 5 nəfər xəstəxanaya çatdırılıb”, - deyə Fyodorov əlavə edib.